Məşhur aktyor nazirin qəbuluna düşə bilmir

saytların hazırlanması

Evə çatdırılma

Məşhur aktyor nazirin qəbuluna düşə bilmir

Mədəniyyət

26 Aprel 2021 16:43 2206


Uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkən, hamının "Ovçu Pirim" kimi tanıdığı aktyor Allahverdi Yolçuyev yeni təyin olunan Mədəniyyət nazirinin onu qəbul etmədiyini deyib.

Bu barədə Yenisabah.az-a danışan sənətçi bir neçə ay əvvəl nazirin qəbuluna düşmək üçün müraciət etdiyini desə də, Mədəniyyət naziri Anar Kərimovun onunla maraqlanmamasından gileylənib:

“Hər dəfə eyni şeylər olur: diqqətsizlik, etinasızlıq, işsizlik, xəstəlik, yalnız və yalnız bəd şeylər… Bir neçə ay əvvəl mədəniyyət nazirinin köməkçisi Tamerlan müəllimlə danışıb, nazirin məni qəbul etməsini xahiş etmişdim. Lakin məni qəbul etmədi. Mən də yenidən yığmadım, təkrar niyə zəng edim ki? Bir az düzgün çıxmır. Mənə bir məlumat verən olmadı, nə işlə təmin etdilər, nə təqaüd verdilər, nə də ad. Heç nə vermədilər”. Dördpendirli pizza

A.Yolçuyev müalicə almaq üçün evini satış çıxardığını deyib:

“İl ərzində neçə dəfə soruşulsa, səhhətim elə eyni cür qalacaq. Hazırda heç bir yerdə işləmirəm. Əlim əsir və pul yığa bilmirəm ki, gedib Moskvada ya Türkiyədə müalicə alam. Evimi satışa qoymuşam, deyirəm  bəlkə, satılar. Çünki əsas can sağlığıdır. Heç yerdən köməyim yoxdur, məcburam belə edəm”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!