Məşhur aktyor Türkiyədə vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Məşhur aktyor Türkiyədə vəfat etdi

Mədəniyyət

25 İyul 2021 14:47 1646


Məşhur şotlandiyalı aktyor Mayk Mitçell Türkiyədə Muğlanın Fethiye rayonunda vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist-yazar Talat Artilla sosial şəbəkədə yazıb.

O bildirib ki, “Türkiyənin dostu, “Gladiator” filminin aktyroru, “Körpə Aylan” filmindəki tərəfmüqabili M. Mitçell Fəthiyədə vəfat edib. Marqarita pizza

M. Mitçellin ürək tutmasından öldüyü ehtimal edilir. Belə ki, 65 yaşlı aktyorun bir yaxta limanında uzun müddət duş kabinəsindən çıxmadığını görən liman müdiri kabinəyə daxil olub və onu yerdə hərəkətsiz vəziyyətdə görüb. Hadisə yerinə gələn həkim heyəti onun həyatını itirdiyini bildirib.

Qeyd edək ki, “Cəsur Ürək” filmindən tanınan məşhur aktyor, Çanaqqala döyüşünün məlum olmayan hekayələrindən bəhs edən “Dəsmalım kəklikotu qoxusu verir”, eləcə də qanunsuz miqrantlar Suriyadan Yunanıstana köç edərkən Bodrumda qayığın batması nəticəsində ölən 3 yaşlı Aylanın faciəsindən bəhs edən sənədli filmdə də rol alıb. Aktyor Türkiyənin xoşməramlı mədəniyyət və sənət səfiri olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!