Türkiyədə tanınmış televiziya aparıcısı Ela Rümeysa Cebeci narkotiklə bağlı aparılan istintaq çərçivəsində həbs edilib.
“Yeni Sabah” xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən başladılan araşdırma zamanı Cebecinin adının narkotik maddələrlə əlaqəli işdə hallandığı bildirilib.
İstintaq çərçivəsində aparılan tibbi ekspertiza zamanı onun saç nümunələrində narkotik maddə izlərinə rast gəlindiyi açıqlanıb. Bunun ardından Cebeci ifadə vermək üçün məhkəməyə çıxarılıb və məhkəmənin qərarı ilə “narkotik maddə istifadəsini asanlaşdırmaq” ittihamı əsasında barəsində həbs qətimkan tədbiri seçilib. pizza
Ela Rümeysa Cebecinin Bakırköy Qadın Qapalı Cəzaçəkmə Müəssisəsinə göndərildiyi bildirilir. Hazırda istintaq davam edir və işlə bağlı yeni detallara aydınlıq gətiriləcəyi gözlənilir.
Telegram kanalımız