Məşhur bəstəkarın oğluna yüksək vəzifə verildi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Məşhur bəstəkarın oğluna yüksək vəzifə verildi - FOTO

İqtisadiyyat

04 Dekabr 2025 11:33 1912


İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinə sədr təyin edilib.

"Yeni Sabah" xəbər verir ki, bu vəzifəyə Ülvi Mansurov gətirilib. 

Qeyd edək ki, Ü.Mansurov 1983-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr dərəcələri, 2015-ci ildə isə Böyük Britaniyanın Vorvik Universitetinin Biznes Məktəbində MBA dərəcəsi alıb. 2013-cü ildə Azərbaycanda fəlsəfə doktoru, 2024-cü ildə isə Vorvik Universitetində biznes idarəçiliyi üzrə doktorluq dərəcəsinə yiyələnib. pizza mizza

Əmək fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankında (ABB) başlayıb və 2001-2012-ci illərdə ABB-də müxtəlif vəzifələrdə çalışıb.

2012-ci ildə “Bank Technique” ASC-nin İdarə Heyətinin sədri, 2015-ci ildə isə ABB-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

2017-ci ildən “Azərpoçt” MMC-nin baş direktoru, 2018-ci ildən Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktoru, 2020-ci ildən bu təyinatadək isə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifələrində çalışıb.

Xatırladaq ki, Ülvi Mansurov Azərbaycanın Xalq artisti, məşhur bəstəkar Eldar Mansurovun oğludur. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!