Məşhur filosof haqqında şok iddia:   Qəbir daşları üzərində uşaqları cinsi istismara məruz qoyub

saytların hazırlanması

Evə çatdırılma

Məşhur filosof haqqında şok iddia: Qəbir daşları üzərində uşaqları cinsi istismara məruz qoyub

Mədəniyyət

31 Mart 2021 18:20 1492


Fransız mütəfəkkir Mişel Fukonun 1960-cı illərdə Tunisdə yaşadığı dövrdə uşaqları cinsi istismara məruz qoyduğu və Fransız mətbuatının bunu səssiz qaldığı iddia edilib.

Yenisabah.az xəbər verir ki, İngiltərədəki “The Sunday Times” qəzetinə danışan Mişel Fukonun dostu Qay Sorman, 1960-cı illərdə dostunu Tunisdəki “Sidi Bu Səid” qəsəbəsində ziyarət etdiyini söyləyib.

Bu ziyarət zamanı o, fransız mütəfəkkirin kiçik uşaqlar ilə cinsi münasibətlərinə şahidlik etdiyini deyib: Toyuqlu pizza

“Təxminən səkkiz, doqquz, on yaşlarında idilər. Uşaqlara pul verirdi və “Gecə 10-da həmişəki yerdə görüşək”, - deyirdi. Qəbir daşları üzərində oğlan uşaqlarıyla cinsi əlaqəyə girirdi. Həmin vaxt razılıq məsələsi gündəmdə deyildi”.

Bu hadisələrdən sonra Fukonu polisə şikayət etmədiyi üçün vicdan əzabı çəkdiyini deyən Qay Sorman, həmin dönəmdə Tunisdə başqa jurnalistlərin də olduğunu, ancaq heç kimin məsələni ictimailəşdirmədiyini dilə gətirib:

“Fuko filosof kral, Fransadakı Tanrımız kimiydi”.

Qeyd edək ki, Mişel Fuko 1984-cü ildə 58 yaşında vəfat edib. Karyerası boyunca qeyri-adi fikirləri və həyatı ilə tanınıb. O, 1977-ci ildə 13 yaşlı uşaqlarla cinsi əlaqəni qanuniləşdirməyə çalışan bir ərizə imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!