Məşhur futbolçu cinsi təcavüzdə ittiham olunur

saytların hazırlanması

Evə çatdırılma

Məşhur futbolçu cinsi təcavüzdə ittiham olunur

İdman

01 Yanvar 2023 15:50 871


Üçqat Çempionlar Liqasının qalibi Dani Alves cinsi təcavüzdə günahlandırılıb.

Bu barədə İspaniyanın ABC qəzeti Barselona polisindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, insident Barselonadakı gecə klublarından birində baş verib. Qadın Alvesin ona toxunduğunu bildirib. Bildirilir ki, futbolçunun nümayəndələri zorakılıq faktlarını təkzib edirlər. Sezar pizza

Kataloniya polisi gecə klubunda iddia edilən zorakılıq aktı xəbərindən sonra araşdırmaya başlayıb. Qadın Barselonadakı xəstəxanada tibbi müayinədən keçib və polis ondan ifadə alıb.

Qeyd edək ki, 39 yaşlı Alves 2022-ci ilin iyulundan Meksikanın Pumas klubunda çıxış edir. O, əvvəllər Braziliyanın “Bahia”, İtaliyanın “Yuventus”, Fransanın PSJ, İspaniyanın “Sevilya” və “Barselona” klublarında çıxış edib. Müdafiəçi 43 kubokla tarixin ən titullu futbolçusudur./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!