İtaliya A seriyasnın 30-cu turunda dünən keçirilən "İnter"- "Fiorentina" matçında (1:1) baş verən hadisə gündəm olub.
Yenisabah.az İtaliya mətbuatına istinadən xəbər verir ki, qonaq komandanın qolunun müəllifi olan Lukas Torreyranın rəqib komandanın oyunçusu ilə top uğrundan mübarizə zamanı aldığı zərbə nəticəsində dişi laxlayıb.
Matç zamanı o, meydanın kənarına gedərək laxlayan dişini çəkdirib. pizza sifarişi
Uruqvaylı oyunçu dişinin çıxarıldığı hissəyə salfet qoyaraq oyunu davam etdirib.
Telegram kanalımız