Daxili İşlər Nazirliyi (DİN) müğənni Səmra Rəhimlinin avtomobilindən oğurluq edən şəxslə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Binəqədi rayonunda gecə saatlarında “Chevrolet” markalı avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitəsinin salonundan oğurluq edən şəxs saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törədən əvvəllər məhkum edilmiş paytaxt sakini Fərid Qasımov tutulub. Pepperoni pizza
Araşdırma zamanı onun qeyd edilən avtomobilin şüşəsini sındıraraq oradan pul oğurladığı müəyyən edilib. Fərid Qasımov barəsində 5-ci Polis Bölməsində toplanan materiallar rayon məhkəməsinə göndərilib. Həmin şəxs 3 ay müddətinə inzibati qaydada həbs edilib. Onun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, müğənni sosial şəbəkə hesabında oğrunun saxlanıldığını bildirib.
Telegram kanalımız