Məşhurların özlərindən az “məşhur“ olmayan övladları:   Narkoman, əyyaş, dələduz...

saytların hazırlanması

Evə çatdırılma

Məşhurların özlərindən az “məşhur“ olmayan övladları: Narkoman, əyyaş, dələduz...

Şou

20 Sentyabr 2021 14:44 3352


“Ailənin adını layiqincə davam etdirə bilməmək təkcə məşhurların övladlarına aid deyil”.

Bunu Yenisabah.az-a yazıçı Seyran Səxavət bildirib.

O, mərhum Xalq artisti Səyavuş Aslanın oğlu ilə bağlı sosial şəbəkədə məyusedici fotolar və məlumatları şərh edib:  Toyuqlu pizza

“Məşhurların ovladları barədə ona görə bu qədər çox danışılır ki, üzdədir və hamılılıqla tanınırlar. Əslində, dəmirçinin də, sürücünün də, çobanın da övladı belə nanəcib xələfi ola bilər və olur da. Səyavuşun həyatı, həyat tərzi göz qabağında idi deyə, oğlunun bu gün pis durumda olması tez-tez gündəmə gəlir. Bu, sovet dövründə də vardı, bu gün də belədir, sabah da belə olacaq. Hətta sovet dövründə belə hallar çox olurdu, sadəcə həmin hadisələri ictimailəşdirmirdilər, ictimaiyyətdən gizlədirdilər. 

Elə məşhur övladları var ki, dünyanın ən ağıllı uşaqları olur. Yaxud da fəhlənin elə övladı ola bilər ki, dünyanın ən alçaq işlərinə əl bulaşdırır”.

Yazıçı mühitin insana təsirini qabardıb:

“Təəssüf ki, bunun ailəyə dəxli yoxdur, çünki mühit ailədən də, valideynlərdən də min dəfə güclüdür. Mühit valideynlərin də, valideyndən törəyənlərin də əl-ayağını bağlayıb öz qulu kimi onunla istədiyi kimi davranır”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!