Məşhurlar şou-biznesə gəlməmişdən öncə kim olublar?

saytların hazırlanması

Evə çatdırılma

Məşhurlar şou-biznesə gəlməmişdən öncə kim olublar?

Şou

13 Sentyabr 2021 11:22 3082


Şou-biznes əhli sənətə gəlməmişdən öncə özünü müxtəlif peşələrdə sınayıb.

Yenisabah.az xəbər verir ki, MTV Azərbaycan məşhurların şou-biznesə gəlməmişdən öncə məşğul olduqları sənəti araşdırıb:

Rəqsanə İsmayılova: Müğənniliyə gəlməmişdən öncə qabyuyan işləyib. pizza hut

Əməkdar artist Mətanət İsgəndərli: Dəmiryol xəstəxanasının bufetində çalışıb.

Sevda Yəhyayeva: Anasının mağazasında satıcı işləyib, piroq satırmış.

Zamiq Hüseynov: Mağazada satıcı işləyib.

Niyam Salami: Fəhlə kimi çalışıb.

Prodüser Tarix Əliyev (Tolik): Restoranlarda ofisiant kimi fəaliyyət göstərib.

Əməkdar artist Bəhram Bağırzadə: Yay tətillərində fəhlə işləyib və Şıxov çimərliyində butulka yığaraq pul qazanıb.

Xalq artisti Brilliant Dadaşova: Oxumaqdan əlavə qadın məclislərində musiqi alətlərində ifa edirmiş.

Namiq Qaraçuxurlu: 8-ci kilometr bazarında satıcı işləyib.

Əməkdar artist Ədalət Şükürov: Müğənni vaxtilə rejissorluq, dizayner, rəssamlıq və bizneslə məşğul olub.

Elçin Cəfərov: "Binə bazarı"nda satıcı olub. O, stomotoloq olan qardaşı İlkinlə birgə geyim mağazasında satıcı işləyib.

Xatirə İslam: Populyarlıq qazanmamışdan öncə 5 il tibb bacısı kimi fəaliyyət göstərib.

Nigar Camal: İllər əvvəl iqtisadçı olub.

Xalq artisti Tünzalə Ağayeva: Müğənni doğulduğu Tovuz rayonunda piano müəllimi işləyib.

Xalq artisti Aygün Kazımova: İdmançı olub. O, 10-cu sinifdə kapitanı olduğu qızlardan ibarət həndbol qrupundan ayrılıb.

Nadir Qafarzadə: Ofisian, satıcı, aşpaz işləyib, elə çalışdığı restoranda da oxumağa başlayıb.

Roza Zərgərli: Müğənnilikdən əvvəl prodüser kimi çalışıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!