Türkiyə millisinin baş məşqçisi Stefan Kunts DÇ-2022-nin pley-off mərhələsində Portuqaliya ilə keçirəcəkləri matç barədə danışıb.
Yenisabah.az xəbər verir ki, məşqçi oyundan öncə təşkil olunan mətbuat konfransında bu bu sözləri deyib:
"Bu vəzifəyə təyin edildiyimdən bəri həm mövcud oyunlar, həm də gələcək matçlar üçün çalışırıq. Yalnız Kriştiano Ronaldoya qarşı yox, 11 futbolçuya qarşı mübarizə aparacağıq. Portuqaliya ilə oyunda meydanda aktiv olmağa çalışacağıq. Rəqibin oyunundan daha çox nə etdiyimiz önəmlidir. Portuqaliyanın möhtəşəm futbolçuları var. Onların 3 müdafiəçisinin olmamamğı bizim üçün üstünlük yaratmır. Futbolda hazırkı anı düşünmək lazımdır. Amma şans da vacibdir. Millinin baş məşqçisi təyin olunmağımdan heç 8 ay keçməyib. Lakin mən keçmişlə yaşayan biri deyiləm". Dominos pizza
Kunts jurnalistin "Latviya ilə matçda qələbə qazananda (1:2) ağlamışdınız. Portuqaliyaya qalib gəlsəniz, ağlayacaqsınızmı" sualına belə cavab verib:
"Bu dəfə qələbə qazansaq, ağlamayacam. Amma bunu niyə soruşdunuz? Portuqaliyada heç kim mənim ağladığımı bilmirdi. Mən də sizinlə bağlı nəsə öyrənəndə, bunu hər kəsə söyləyəcəyəm".
Telegram kanalımız