"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq furbolçusu Kriştiano Ronaldo haqda danışıb.
Yenisabah.az xəbər verir ki, mütəxəssis deyib:
“Mən onun dostu, bəzən də müəllimi olacağam. Vəziyyətdən asılıdır. Hamımız bildiyimiz kimi, onun mövsümöncəsi hazırlığı yox idi. Siz heç bir səbəb olmadan mövsümöncəsi hazırlığı buraxmamalısınız. Göstərdiyimiz oyunda, oyun tərzimizdə əsas olan budur. Keçən illə müqayisədə fərqli üslubda çıxış edirik. Bu, oyunçuların mövqelərinə də təsir göstərir. Futbolçuların fiziki forması da çox vacibdir". Dördpendirli pizza
Ronaldo bu mövsüm Premyer Liqada 5 oyun keçirib, lakin qol vurmayıb. 37 yaşlı hücumçu yalnız bir dəfə meydana start heyətdə daxil olub.
Qeyd edək ki, Ronaldo 2021-ci ilin yayından "Mançester Yunayted"də oynayır. Onun klubdan ayrılmaq istədiyi barədə məlumatlar yayılıb. Portuqaliyalı forvard komandanın mövsümöncəsi hazırlığını buraxıb.
Telegram kanalımız