Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun baş direktoru Fahed Əl-Mofaric PSJ-nin futbolçusu Lionel Messi ilə müqavilə imzalayacaqları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Yenisabah.az xəbər verir ki. klub rəsmisi bu haqda ətraflı məlumat verməsə də, iddiaları təkzib etməyib:
“Bu, Kriştiano Ronaldonun müqaviləsinə bənzəyir. Söhbət təkcə klubdan və oyunçudan getmir. İdman nazirinin açıqlamasından sonra Səudiyyə Ərəbistanının bütün klubları böyük bir irəliləyişə hazırlaşır”. Dominos pizza
"Əl-Hilal"ın argnetinalı hücumçuya illik 280 milyon avro maaş təklif edəcəyi bildirilir. Messinin PSJ ilə müqaviləsi bu mövsümün sonuna qədərdir. Fransızlar isə müqaviləni uzatmaq üçün danışıqlar aparır. Əgər Messi “Əl-Hilal”a keçməyə razı olsa, o zaman müqavilənin şərtlərinin böyük hissəsi dövlət tərəfindən maliyyələşdiriləcək. Çünki Səudiyyə Ərəbistanında hesab edilir ki, Messinin transferi və Kriştiano Ronaldonun “Əl Nəsr”ə keçidi yerli liqaya marağı çoxaldacaq. Bu isə ölkənin 2030-cu il dünya çempionatına ev sahibliyi etmək şansını artıracaq.
Telegram kanalımız