Messi Amerika klubuna keçir? - Atası işə qarışdı

saytların hazırlanması

Evə çatdırılma

Messi Amerika klubuna keçir? - Atası işə qarışdı

İdman

04 May 2023 16:01 858


PSJ-nin hücumçusu Lionel Messi karyerasını Amerika MLS Liqasında davam etdirmək variantını ciddi şəkildə düşünür. 

Yenisabah.az xəbər verir ki,  bu barədə jurnalist Canluka Di Marzio öz saytında məlumat yayıb. Argentinalı futbolçunun atası tezliklə "İnter Mayami"nin sahibi ilə görüşəcək. 

Amerika klubunun son bir neçə aydır Messi ilə əlaqə saxladığı, lakin tərəflərin hələlik ilkin razılığa gəlmədiyi qeyd edilir.  Marqarita pizza

Xatırladaq ki, daha əvvəl mətbuatda PSJ-nin Messi ilə müqaviləni uzatmayacağı xəbərləri yayılıb. Ona ciddi maraq Səudiyyə Ərəbistanındandır. Hökumət Lionelə futbol tarixindəki ən böyük müqaviləni təklif etməyə hazırdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!