Messi “Barselona“ya niyə qayıtmır?

Messi “Barselona“ya niyə qayıtmır?

İdman

24 Yanvar 2023 16:58 484


PSJ-nin futbolçusu Lionel Messinin sabiq klubu "Barselona"ya qayıtmaq istəməməsinin səbələri məlum olub. 

Yenisabah.az "TyC Sports"a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu klub rəhbərliyindən inciyib. Messinin "Barselona" prezidenti Joan Laporta ilə o qədər də yaxşı münasibəti yoxdur. Messi Kataloniya klubunu sevir, amma indiki rəhbərliyi yox. Lionel və "Barselona" arasındakı əməkdaşlıq 2021-ci ilin yayında narazılıqla sona çatıb. Messi “Barselona rəhbərliyinin hərəkətlərinə görə hələ də əzab çəkir. Klubun onun tələblərini qarşılamayaraq yolları ayırması Messi üçün çox ağır zərbə olub. 2021-ci ilin yayına qədər Messinin təkcə PSJ ilə deyil, həm də "Mançester Siti" ilə əlaqələri var idi. Lakin Lionel "Barselona" ilə müqaviləsini uzatmaq istədiyi üçün bütün klublardan imtina edib. 

Qol.az yazır ki, Messinin ailəsi də onun "Barselona"ya qayıtmasına qarışıqdır. Çünki "Barselona" rəhbərliyi Lionellə yolları ayırmazdan əvvəl klubun iqtisadi vəziyyətinin pis olduğunu desə də, 6 aydan sonra yeni oyunçular almağa başlayıb. 

Hazırda Messinin "Barselona"ya qayıtması ehtimalı demək olar ki, yoxdur. O, karyerasının bu mərhələsində 2023-cü ildə "Qızıl top"u almaq şansının yüksək olduğunu nəzərə alaraq Səudiyyə Ərəbistanı klublarından birinə getmək istəmir. 

Qeyd eək ki, Messi 2003-2021-ci illərdə "Barselona"da çıxış edib. Onun PSJ ilə yeni müqavilə imzalamağa yaxın olduğu bildirilirdi. Futbolçu ötən ilin dekabr ayında Argentina millisi ilə DÇ-2022-ni də qazanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!