“Messi belə səhvləri bağışlamır“ - Xerardo Martino

saytların hazırlanması

Evə çatdırılma

“Messi belə səhvləri bağışlamır“ - Xerardo Martino

İdman

27 Noyabr 2022 10:43 928


"İlk qolda  səhvə yol verdik. Messi  belə səhvləri belə bağışlamır. O, həlledici qola imza atdı. İkinci qolu buraxmaq isə bizə çox pis təsir etdi. Ancaq Argentina ilə oyunda gördüklərim məni sevindirdi. Biz çox layiqli mübarizə apardıq. Heyf ki, iki məcburi əvəzləmə etməli oldum".

Yenisabah.az Qol-a istinadla xəbər verir ki, bu sözləri Meksika millisinin baş məşqçisi Xerardo Martino DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda Argentinaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, komandasının qrupdan çıxmaq şanslarını qiymətləndirib: "Nə qədər ki, imkan var, qrupdan çıxmaq üçün mübarizə aparacağıq. Son oyunda ən azı 3 qol vurmalıyıq. Bu, asan olmayacaq. Polşanın Səudiyyə Ərəbistanına vurduğu 2-ci qol vəziyyəti daha da pisləşdirdi". Toyuqlu pizza

Qeyd edək ki, Meksika DÇ-2022-də qrup mərhələsinin son turunda noyabrın 30-u Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Hazırda C qrupunda Polşa 4 xalla 1-ci, Argentina 3 xalla 2-ci, Səudiyyə Ərəbistanı 3 xalla 3-cü, Meksika 1 xalla sonuncudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!