Messi final oyununun ən yaxşı futbolçusu seçildi

Messi final oyununun ən yaxşı futbolçusu seçildi

İdman

18 Dekabr 2022 22:32 609


Argentina millisinin kapitanı Lionel Messi Qətərdəki dünya çempionatında Fransaya qarşı keçirdikləri final matçnın ən yaxşı futbolçusu seçilib.

Yenisabah.az xəbər verir ki, 35 yaşlı hücumçu həlledici qarşılaşmada 2 qolla yadda qalıb.

Qeyd edək ki, Argentina - Fransa oyununun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər. Hesab 3:3 olduğundan penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) "tanqoçular" 3-cü dəfə dünya çempionu olublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!