İngilis səfir də XİN-ə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

İngilis səfir də XİN-ə çağırıldı

Dünya

12 Avqust 2021 15:10 1296


Rusiya səfiri Levan Caqaryandan sonra Böyük Britaniya səfiri Saymon Şerklif İran Xarici İşlər Nazirliyinə dəvət edilib.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, səfirə Rusiya və İngiltərə səfirlərinin ortaq fotosunun milli hisslərə zərər verən olaraq qəbuledilməzliyi bildirilib.

Diplomata "İran xalqının qürurluluğu, İranın böyük xalqının təkəbbürlü düşüncədən doğan hər hansı bir hərəkəti qəti şəkildə rədd etdiyi və müqavimətini tarix boyu sübut etdiyi" çatdırılıb. Dördpendirli pizza

Saymon Şeklif anlaşılmazlıqdan təəssüfləndiyini dilə gətirib.

O, "İran İslam Respublikasına, bu ölkənin əzəmətli insanlarına və tarixinə hörmət edərək, bu mövzunun arxasında heç bir pis məqsədin olmadığı, səfirlərin yalnız İkinci Dünya müharibəsi zamanı Rusiya və İngiltərənin nasist Almaniyasına qarşı ittifaqı xatırlatmağa çalışdığını" vurğulayıb. 

Sonda İngiltərə səfiri Tehrandakı missiyası müddətində qarşılıqlı hörmət və etimadı qazanma əsasında iki ölkə arasındakı əlaqələrin inkişafına kömək edə biləcəyinə ümidvarlığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!