“Messinin adı transfer siyahımızda yoxdur“ - “İnter“in vitse-prezidenti 

saytların hazırlanması

Evə çatdırılma

“Messinin adı transfer siyahımızda yoxdur“ - “İnter“in vitse-prezidenti 

İdman

01 İyun 2023 13:12 804


"İnter"in vitse-prezidenti Xavyer Zanetti PSJ-nin argentinalı hücumçusu Lionel Messinin mümkün transferi haqda danışıb. 

Yenisabah.az "Tyc Sports"a istinadən xəbər verir ki, o deyib: “Hər kəs Lioneli sevir, lakin onun transferini ödəyə bilənlər azdır. Oyunçunun necə olduğunu və ona nə qədər pul xərcləndiyini nəzərə alsaq, bu, olduqca məntiqlidir. Messi hazırda layihəmizin planlarına daxil edilməyib. Onun adı transfer siyahmızda yoxdur". 

Qeyd edək ki, argentinalı hücumçunun klubu ilə hazırkı müqaviləsi iyunun 30-u başa çatır. Messinin karyerasını davam etdirmək variantları arasında "Barselona" və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubları var.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!