Argentina millisinin kapitanı Lionel Messi DÇ-də Səudiyyə Ərəbistanına uduzduqdan sonra oğullarından birinin ağladığını deyib.
Yenisabah.az “Goal”a istinadla xəbər verir ki, 35 yaşlı Messi ilk hissədə penaltini dəqiq yerinə yetirsə də, fasilədən sonra səudiyyəlilər hesabı bərabərləşdirməklə yanaşı, həm də 2:1 hesabı ilə qalib gəlib.
Argentinalı ulduzun sözlərinə görə, Qətərdə anası Antonella və qardaşları Tyaqo (10) və Çiro (4) ilə atasına dəstək olan 7 yaşlı Matteo Messi atası stadiondan çıxarkən həyəcanını saxlaya bilməyib. Sezar pizza
Messi deyib: “İlk matçdan sonra Mateo göz yaşları içində stadionu tərk etdi. Tyaqo sayırdı, ona izah edirdi ki, hər iki oyunda qalib gəlsək, pley-offa gedəcəyik”.
Telegram kanalımız