Səudiyyə Ərəbistanı hakimiyyəti PSJ-nin hücumçusu Lionel Messinin “Əl-Hilal”a mümkün transferində iştirak edir.
Yenisabah.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, argentinalı futbolçunun mümkün transferi dövlət səviyyəsində Səudiyyə Ərəbistanının nəzarətindədir.
"Əl-Hilal" klubun 35 yaşlı oyunçu ilə heç bir razılaşmasının, o cümlədən şifahi razılaşmasının olmadığını təsdiqləyib. Eyni zamanda klub Lionel Messinin ətrafı ilə dil tapmağa çalışır. PSJ-nin hücumçusu "Əl-Hilal" üçün əsas transfer hədəfidir. pizza sifarişi
Qeyd edək ki, Messinin Paris təmsilçisi ilə müqaviləsi yayda başa çatır. Onunla "Barselona"nın da maraqlandığı iddia olunur.
Telegram kanalımız