“Messiyə Argentina prezidentindən çox hörmət edirlər“ - Komanda yoldaşı

“Messiyə Argentina prezidentindən çox hörmət edirlər“ - Komanda yoldaşı

İdman Veb saytların hazırlanması

16 Dekabr 2022 14:41 657


Argentina millisinin üzvü Emiliano Martinez komandanın kapitanı Lionel Messi haqqına danışıb . 

Yenisabah.az xəbər verir ki, 30 yaşlı qapıçı 37 yaşlı hücumçu ilə oynadığına görə qürurlandığını deyib: “Onunla çiyin-çiyinə oynamaq, şübhəsiz ki, məni daha yaxşı futbolçu etdi. Messinin Amerika Kubokunu qazanması əladır. Bundan əvvəl o, 2 və ya 3 dəfə finalda məğlub olmuşdu. Messi məndən selfi çəkməyimi istəyəndə bu, mənim üçün bir qürur anı oldu və bu şəkil evdə çərçivədə var.

O, ölkəni qəhrəman kimi təmsil edir. İnsanlar Messiyə ölkə prezidentindən çox hörmət edirlər. Messi istəsə, hətta insanlar 24 saat evdə qalacaqdılar.O, bir nömrədir, zəhmətkeşdir və hamı üçün ilham mənbəyidir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!