Məsud Pezeşkian dünən Bakıya zəng etmək istəyib, amma…

saytların hazırlanması

Evə çatdırılma

Məsud Pezeşkian dünən Bakıya zəng etmək istəyib, amma…

Siyasət

06 Mart 2026 12:25 1393


“İspaniya hökuməti İrana qarşı hərbi əməliyyatda ABŞ ilə əməkdaşlıqdan imtina etdiyini açıladıqdan sonra İran Prezidenti Məsud Pezeşkian vaxt itirmədən sosial mediada İspaniyaya təşəkkürnamə yazdı. Ancaq Məsud Pezeşkian dünən Naxçıvana atılan dronlarla bağlı nə azərbaycanlı həmkarı İlham Əliyevə zəng etdi, nə də heç olmazsa sosial şəbəkədə məsələyə aydınlıq gətirən status paylaşdı”.

“Yeni Sabah” xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoliq Elxan Şahinoğlu bildirib.

Onun fikrincə, böyük ehtimalla Məsud Pezeşkian martın 5-də gün ərzində bu barədə ciddi düşünüb, sadəcə Bakıya zəng etməyə və ya status paylaşmağa risk etməyib: Toyuqlu pizza

“Çünki, Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng etsəydi, ya üzr istəməliydi, ya da deməliydi ki, “məsələ araşdırılır”. Görünür, Pezeşkian düşünüb ki, bu iki variantdan birini seçərsə, ölkəni idarə edən və anti-Azərbaycan mövqeyindən çıxış edən İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalları ilə üz-üzə qalacaq. Ancaq Pezeşkian anlamamış deyil ki, onun susqunluğu İlham Əliyev arasında tərəfdaşlıq münasibətlərin üstündən xətt çəkir. Halbuki, iki ölkə Prezidenti arasında normal münasibətlər formalaşmışdı”.

Politoloq vurğulayıb ki, İran tam olaraq Rusiyanın yolu ilə gedir:

“Rusiya Azərbaycanın mülki təyyarəsini raketlə vurduqdan sonra əvvəlcə olayı inkar etdi, sonra üzrxahlıq gəlsə də kompensasiya ödənmədi, cinayətkarlar cəzalandırılmadı. Ona görə də iki ölkə arasındakı münasibətlərdə suallar ortadan qaldırılmayıb. İran da hələ ki, Rusiya kimi inkar edir, “Naxçıvana dron atmamışıq” prinsipindən çıxış edir, ancaq bu yanaşma iki ölkə arasındakı onsuz da suallarla dolu olan münasibətləri növbəti gərginlik mərhələsinə keçirəcək. Buna görə də Məsud Pezeşkianın İlham Əliyevə zənginə ehtiyac var”.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Nəticədə 4 nəfər xəsarət alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!