Məsud Pezeşkianın andiçmə mərasiminə Əli Əsədov gedəcək

saytların hazırlanması

Evə çatdırılma

Məsud Pezeşkianın andiçmə mərasiminə Əli Əsədov gedəcək

Siyasət

28 İyul 2024 21:34 886


İyulun 30-da İran parlamentində Məsud Pezeşkianın andiçmə mərasimi keçiriləcək.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, mərasimdə 70 nümayəndə heyəti və 300 qonaq, habelə 600 yerli və beynəlxalq jurnalist iştirak edəcək.

Andiçmə tədbirinin rəhbəri Əlirza Şərifinin sözlərinə görə, Tacikistan, Türkmənistan, Mərkəzi Afrika, Pakistan, Suriya, Serbiya, Kuba, Azərbaycan, Ermənistan, Gürcüstan və Qvineya-Bisau prezident  və baş nazir səviyyəsində təmsil olunacaqlar. pizza sifarişi

Rusiya, Əlcəzair, Belarus, Qazaxıstan, Özbəkistan, Malayziya, İraq, Burkina Faso, Uqanda, Komor adaları, Mali, Şri-Lanka, Seneqal, Şimali Koreya parlament sədrləri ilə təmsil olunacaqlar.

Mərasimdə BƏƏ, Livan, İordaniya, Myanma, Zimbabve, Qırğızıstan, Braziliya, Maldiv adaları və Qabon vitse-prezident və baş nazir müavini səviyyəsində iştirak edəcəklər.

Tanzaniya, Niger, Venesuela, Bəhreyn, Yəmən, Liviya, Misir, Sudan, Boliviya, Küveyt, Mavritaniya, Myanma, Konqo, Qambiya və Eritreya da xarici işlər nazirləri səviyyəsində iştiraklarını elan ediblər. Hindistan, Nikaraqua, Niger, Qana, Bolqarıstan, İslandiya, Tunis, Macarıstan, Kolumbiya, Ekvador, Meksika, Çili, Uruqvay, Malta və Sierra Leone də daxil olmaqla, digər ölkələr bu mərasimə öz nazirlərini və ya səfirlərini göndərəcəklər.

Bundan başqa, bir sıra beynəlxalq qurumların təmsilçiləri andiçmə rərasiminə təşrif gətirəcək..


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!