“Məsuliyyətli hakimiyyət əhaliyə izah etməyə borclu idi ki...” -   Lavrov

saytların hazırlanması

Evə çatdırılma

“Məsuliyyətli hakimiyyət əhaliyə izah etməyə borclu idi ki...” - Lavrov

Siyasət

12 Noyabr 2020 15:01 1713


Dağlıq Qarabağın ətrafındakı yeddi rayonun məxsusluğu barədə illüziya olmamalı idi.

Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli və xarici media nümayəndələrinə müsahibəsində bildirib.

”Bir daha qeyd edirəm. Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun ömür boyu həmin vəziyyətdə qalacağı ilə bağlı illüziya olmamalı idi, hansı ki, ay yarım və iki ay bundan əvvələ qədər vardı. Məsuliyyətli hakimiyyət əhaliyə izah etməyə borclu idi ki, bu nizamlanmanı hansısa mərhələdə uzun illər masa üstündə olan prinsiplərə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təkliflərinə müvafiq həyata keçirmək lazım gələcək. O zaman bu münaqişənin qan tökülmədən nizamlanmasına, bu regiondakıların, Qarabağ ermənilərinin və Qarabağda yaşayan digər etnik qrupların təhlükəsizliyinə hansısa zərər vurmadan ideal yol açılardı”, - deyə Rusiya XİN başçısı vurğulayıb. (APA) Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!