Mətanət İsgəndərlinin bacısı qızı intim görüntülərlə şantaj edildi

saytların hazırlanması

Evə çatdırılma

Mətanət İsgəndərlinin bacısı qızı intim görüntülərlə şantaj edildi

Şou

02 Aprel 2022 14:35 1053


Əməkdar artist Mətanət İsgəndərlinin bacısı qızı L.İ-ni intim görüntülərlə şantaj edərək 1000 manat pul tələb edən şəxs həbs edilib.

Yenisabah.az xəbər verir ki, bir müddət öncə 26 yaşlı Ağcabədi rayon sakini Səfər Səfərov L.İ.-dən tələb etdiyi məbləği verməyəcəyi təqdirdə görüntülərini instaqramda paylaşmaqla təhdid edib.

Araşdırmalar zamanı məlum olub ki, intim görüntüləri Mətanət İsgəndərlinin bacısı S.İ-nin qeyri-rəsmi nikahda yaşadığı şəxs bir neçə il əvvəl evə quraşdırdığı gizli kamera vasitəsilə lentə alıb. Daha sonra həmin şəxsin M.İsgəndərlinin bacısı ilə münasibətləri pozulduğundan o, görüntüləri bir neçə şəxsə ötürüb. Həmin şəxslərdən biri də Səfər Səfərov olub. O, əlinə keçən videodan foto skrin edərək üzərinə Mətanət İsgəndərli ilə bacısının səs yazısını montaj edib və instaqramda paylaşıb. Dominos pizza

Qızın şikayətindən sonra həmin şəxs barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. İşə Xəzər rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə S.Səfərov 3 il müddətinə azadlıqdan məhrum edilib./Kriminalqafqaz


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!