Mətanət İsgəndərlinin oğlu keçmiş xanımını məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Mətanət İsgəndərlinin oğlu keçmiş xanımını məhkəməyə verdi

Şou

05 Aprel 2022 17:56 779


Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana arasındakı apellyasiya məhkəməsi yanvarda başa çatıb. Qərara əsasən 3 uşaq anaya verilib. 

Yenisabah.az axşam.az-a istinadən xəbər verir ki, 2 aydan sonra qərarın qüvvəyə minməsi gözlənilib və həmin ərəfədə uşaqlar atada qalıb. Verilən vaxt bitdikdən sonra Kərim Ali Məhkəməyə müraciət edib. 

"Vəkilim mənə dedi ki, ötən həftədən Ali Məhkəməyə veriblər. Axır ki, Ali Məhkəməyə verdilər. Balalarımı geri vermirlər. 2-3 ay da belə ayrı qalacam. Ədalətsizlikdir... Balanı anadan ayıran böyük günah edir. Səbrlə gözləyirəm, bunun bir sonu yəqin olacaq. Heç kim məni başa düşmür, sakit, mehribanlıqla balalarımı istəyirəm" deyə, Canana bildirib.  pizza

Qeyd edək ki, Kərim və Canana ötən ilin oktyabrında rəsmi boşanıb. Üç uşaq anadan alınaraq ataya verilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!