Mətbuat Şurası “Kanal S”də baş verənləri pisləyib.
Yenisabah.az xəbər verir ki, Şura aparıcı Nİgar Fərhadı hədəfə alıb:
"Aparıcı-jurnalist nəzərə almalıdır ki, istənilən mövzudakı müzakirəni adi məişət səviyyəsinə endirmək, bayağılaşdırmaq eybəcər mənzərə və efir kirliliyi doğurur. Bu isə media peşəkarlığına tamamilə ziddir. Təəssüf ki, “Kanal S”in aparıcısı Nigar Fərhadın təqdimatında vurğuladığımız cəhətlər qətiyyən nəzərə alınmadı. O, özünün yolverilməz tərzi, ümumi dəyərlərə zidd davranış ilə geniş ictimaiyyətin narazılığına, hətta qəzəb və hiddətinə səbəb oldu. Dördpendirli pizza
Bütün bunları nəzərə alan Azərbaycan Mətbuat Şurasının Etika Komissiyası “Kanal S” telekanalının efirində yaşananlardan həm təəssüfləndiyini bildirir, həm də baş verənləri qətiyyətlə pisləyir".
Telegram kanalımız