Metroda cibgir tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Metroda cibgir tutuldu

Kriminal

28 Sentyabr 2022 11:03 897


Bakı metrosunda cibgirlik etməkdə şübhəli bilinən Mahir Mirzəyev tutulub. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Metropolitendə Polis Şöbəsinə Lerik rayon sakini L.Şabanlının, Göyçay rayon sakini A.Yəhyalının ciblərindən mobil telefonlarının oğurlanması, Şəki rayon sakini E.Əhmədlinin isə mobil telefonununun soyğunçuluq yolu ilə talanması barədə müraciətlər daxil olub. Dördpendirli pizza

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları və soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Mahir Mirzəyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!