Meyiti binanın blokuna atılan Aytacın əri hərbçi imiş... - Dəhşətli qətlin   TƏFƏRRÜATI

saytların hazırlanması

Evə çatdırılma

Meyiti binanın blokuna atılan Aytacın əri hərbçi imiş... - Dəhşətli qətlin TƏFƏRRÜATI

Kriminal

06 Mart 2022 17:50 54196


Xəbər verdiyimiz kimi, Qəbələdə 1999-cu il təvəllüdlü Aytac Əliyevanın doğranmış meyiti binanın blokunda zənbildə tapılıb.

Yenisabah.az xəbər verir ki, hadisə Qəbələnin Zarağan kəndi ərazisindəki hərbi şəhərcik adlanan ünvanda baş verib.

Aytac Əliyeva məhz həmin binanın sakini olub. Məlumata görə, əslən Ağsu rayonundan olan Aytac əri ilə birgə sözügedən ünvanda yaşayıblar. Onun həyat yoldaşı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq xidmət edən hərbi qulluqçudur. Dominos pizza

Meyitin binanın blokunda qalmasına gəlincə, qonşuların verdiyi məlumata görə, hadisəni törədən iki nəfər olub.

Onların iddiasına görə, iki maskalı şəxs  içində Aytacın bədəninin doğranmış hissələri olan zənbillə blokdan çıxarkən qonşulardan biri bunu görüb və qışqırmağa başlayıb. Nəticədə, onlar meyiti ataraq hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırma aparılır.Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!