Meymunçiçəyinin yeni ştamına ilk yoluxma halı qeydə alınıb

saytların hazırlanması

Evə çatdırılma

Meymunçiçəyinin yeni ştamına ilk yoluxma halı qeydə alınıb

Dünya

17 Noyabr 2024 11:04 689


ABŞ-də meymunçiçəyinin yeni ştamına ilk yoluxma hadisəsi qeydə alınıb.

Məlumata görə, yeni ştama yoluxmuş şəxs Şərqi Afrikaya səyahət etdikdən sonra ABŞ-yə qayıdıb. Hazırda o, Kaliforniyada xəstəxanada müalicə olunur.

Qeyd edək ki, bu ilin əvvəlində meymunçiçəyinin yeni, daha yoluxucu bir növü ortaya çıxıb. Sentyabrın sonundan bəri, əsasən Burundi, Uqanda və Konqo Demokratik Respublikasında 3,1 mindən çox yoluxmuş insan müəyyən edilib. Dominos pizza

Almaniya, Hindistan, Böyük Britaniya və digər ölkələrdə də yoluxma halları qeydə alınıb.

Qeyd edək ki, avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı dünyanın bir sıra ölkələrində meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.

Xatırladaq ki, meymunçiçəyi mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində ən çox yayılmış nadir yoluxucu xəstəlikdir. Onun simptomları ürəkbulanma, qızdırma, səpgi, qaşınma və əzələ ağrısıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!