“Məzun evi”nin sakinlərinə bayram sovqatı paylanıldı

saytların hazırlanması

Evə çatdırılma

“Məzun evi”nin sakinlərinə bayram sovqatı paylanıldı

Sosial

19 Mart 2019 14:31 843


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Novruz bayramı ərəfəsində Masazır qəsəbəsində dövlət uşaq müəssisələrinin məzunları üçün salınan “Məzun evi” Sosial Müəssisəsində olublar.

"Yeni Sabah" xəbər verir ki, təşkil olunan xeyriyyə tədbirində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanist təşəbbüsü ilə inşa olunan Sosial Müəssisədə dövlət uşaq müəssisələrinin məzunları üçün yaradılan şəraitdən danışılıb. Diqqətə çatdırılıb ki, burda mənzillə təmin edilən məzunlarından 40 nəfərdən çoxu əlilliyi olan insanlardır. İki yaşayış binasında 206 nəfər gənc yeni mənzillə təmin edilib. Onların bir hissəsi buraya köçürüldükdən sonra ailə qurub və indi həmin ailələrdə yüzdən çox uşaq böyüyür. 

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin bayram təbriklərini çatdıran Agentliyinin Aparatın rəhbəri Tariyel Pənahov isə qeyd etdi ki, ölkəmizdə müvafiq təbəqədən olan digər vətəndaşlar kimi, uşaq müəssisələrinin məzunlarının da sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası yönündə müvafiq işlər aparılır. Qeyd olundu ki, Məzun Evinin fəaliyyət göstərməsi həyata keçirilən uğurlu sosial siyasət kursunun hər bir vətəndaşın, o cümlədən valideynlərini itirən və valideyn himayəsindən məhrum gənclərin rifahına verilən təminatın əyani təzahürüdür.  Dominos pizza

Təşkil olunan xeyriyyə tədbirində “Məzun Evi” Sosial Müəssisəsinin sakinlərinə ərzaq məhsullarından ibarət bayram sovqatı paylandı. Məzun evinin sakinləri isə öz növbəsində bu əziz bayram münasibəti ilə  təşkil olunan xeyriyə tədbirini, bu xoş məramı dövlətin onlara qayğısı kimi qiymətləndirdilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!