Mikayıl Müşfiqin ev muzeyinə gedən yol bərbad durumda - Foto

saytların hazırlanması

Evə çatdırılma

Mikayıl Müşfiqin ev muzeyinə gedən yol bərbad durumda - Foto

Hadisə

08 Oktyabr 2023 17:44 1467


Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin Xızı rayonunun Sayadlı kəndində yerləşən "Müşfiq ocağı" ev muzeyinə gedən yoldakı körpünü sel aparıb.

Yenisabah.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş versə də aidiyyatı orqanlar tərəfindən bu günə kimi hər hansı bir tədbir görülməyib.

Xızı rayonuna səfər edən turistlər Müşfiqin ev muzeyini ziyarət etmək istədiklə müəyyən maneələrlə üzləşirlər. Onlar "Müşfiq ocağı"na çatmaq üçün kol-kosluq əraziləri adlamalı, dolanbac yollardan keçməli olurlar. pizza mizza

Yenisabah.az-ın əməkdaşı hadisə yerində olarkən Bakıdan və ölkəmizin müxtəlif bölgələrindən gələn turistlərlə söhbətləşib. Turistlər "Müşfiq ocağı"nın ətrafında yaranmış problemdən ciddi şəkildə narahat olduqlarını bildiriblər və yerli icra hakimiyyəti orqanlarının tezliklə məsələyə həssas yanaşacaqlarını ümid etdiklərini vurğulayıblar.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!