Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan "Mercedes" markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.
Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, mikroavtobusda sürücü ilə birlikdə 23 sərnişin olub. Onların Yevlaxdan Şəmkirdə yerləşən istixanada işləməyə getdikləri bildirilib. pizza
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız