"Milan" futbolçusu Zlatan İbrahimoviçlə müqaviləni yeniləməmək qərarına gəlib.
Yenisabah.az xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb.
41 yaşlı İbrahimoviç omba zədəsi aldığı üçün bu mövsüm "Milan"da cəmi 4 oyun keçirib. Meydanda cəmi 144 dəqiqə olan forvard 1 qol vurub. Pepperoni pizza
Zlatan 2020-ci ildən "Milan"da çıxış edir. Futbolçu klubla 2022-ci ildə A seriyasının qalibi olub. İsveçli hücumçunun "Milan" ilə müqaviləsi bu ilin iyununa qədər nəzərdə tutulub. Onun "Milan"dan ayrılacağı təqdirdə peşəkar futbolçu karyerasına davam edib-etməyəcəyi hələlik məlum deyil.
Telegram kanalımız