“Milli Məclisdə üzqarası olan deputatlar var”

saytların hazırlanması

Evə çatdırılma

“Milli Məclisdə üzqarası olan deputatlar var”

Siyasət

08 May 2019 19:46 1841


Millət vəkili Rasim Musabəyovun Azneft meydanı yaxınlığında yeraltı keçid məntəqəsində pop-korn atan uşaqla yazdığı statusa etirazlar davam edir.

“Yeni Sabah” xəbər verir ki, BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib ki, üzqarası olan pop-korn satan uşaq deyil. Üzqarası ana dilimizdə danışa və yaza bilməyən Rasim Musabəyov kimi deputatlardır:

“Milli Məclisdə üzqarası olan xeyli deputat var. Onlardan ən çox hakimiyyət ziyan çəkir!” deyən N. Orduxanlı bildirib ki, bu gün 3 milyonldan artıq şəxs Azərbaycanda facebook istifadəçisidir: “Bir gün ərzində on minlərlə insan deputatatın bu hərəkətini pislədi. Musabəyov mənim facebok dostluğumda olanlardan biridir. Onun yazdığı  fikri görəndə mən də kəskin etirazımı bildirmişəm. Hər kəs ona açıq şəkildə etiraz etdi ki, ölkənin vacıb problemlərini müzakirə etmək əvəzinə bir yeniyetməyə “üzqarası” damğasını vurub, onu çörəyindən məhrum etdin.  pizza mizza

Son illər və son aylar ərzində Milli Məclsin indiki deputatların əksəriyyətinin necə Milli Məclisin fəaliyyətinə kölgə saldığının şahidi oluruq. Cəmiyyətdə bir sıra deputatların fəaliyyəti qıcıq yaradır. Bu gün “125 millət vəkilinin fəaliyyətindən razısınızmı?” sualı ilə sorğu keçirilsə, tam səmiyyətimlə deyirəm ki, maksimum 25 nəfər millət vəkili haqqında müsbət fikir bildirilər. Yerdə qalan 100 nəfər millət vəkilinin nəinki fəaliyyətini, heç özlərini də tanımıyacaqlar. Bütün bunlar həqiqətdir”. N. Orduxanlının sözlərinə görə, bu gün prezident İlham Əliyev bütün sahələrdə islahatlar aparır: “İnanıram ki, 2020-ci ildə aparılan islahatlar parlamentın fəaliyyətində də öz əksini tapacaq. Müasir dövrün tələblərinə uyğun gənc və peşəkar siyasətçilərimizin parlamentə seçilməsinin şahidi olacağıq. Milli Məclisə hər zaman dövlət maraqlarını müdafiə edən və gənc nəsil arasında kifayət qədər tanınan, cəmiyyətdə nufuzu olan və hörmət edilən şəxslərin seçilməsinin şahidi olacağıq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!