Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa baba olub.
"Yeni Sabah" xəbər verir ki, bunu onun özü bildirib.
Komitə sədrinin ilk nəvəsi dünyaya gəlib. Körpəyə Atabəy adı qoyulub. Dominos pizza
"Yaradana min şükür! Bir azdan Antalyada Türkiyə millət vəkilləri ilə final matçına çıxacağıq. İndicə gözəl bir xəbər aldım. Ocağımızın ilk nəvəsi-Atabəy dünyaya gəldi. Hamıya bu gözəllik nəsib olsun, bu gözəlliyi indiyədək yaşayanların da Allah nəvələrini xoşbəxt etsin! İnanılmaz bir duyğu yaşayıram" - F.Mustafa bildirib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız