“Hirkan” Milli Parkı ərazisində ağacların kütləvi olaraq kəsilməsi ilə bağlı əməliyyat keçirilib.
Yenisabah.az xəbər verir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin mütəxəssislərinin iştirakı ilə Milli fıstıq, ağcaqayın, qızılağac və s. qiymətli ağac növlərinin kütləvi şəkildə kəsildiyi müəyyən edib.
Mütəşəkkil dəstənin başçıları Anar İbrahimov, Ramin Qafarov, Rasif Ağayev, həmçinin onlar tərəfindən ağacların kəsilməsinə cəlb edilən Alim Əliyev, Emin Sadıxov, Rahim Rəhimov, Niyaməddin Nəbiyev, Ramin İbadov, Elsevər Qafarov və Hafiz Məmmədov müəyyən edilərək saxlanılıblar. Dəstə üzvlərinin qanunsuz əməlləri, onların ağacları kəsməsi və satması təkzibedilməz faktlarla sübuta yetirilib. Sezar pizza
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri aparılır. Ağacların kəsilməsi və emalında iştirak edən dəstənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Telegram kanalımız