Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin veteranı Şahin Tağıyev dəfn olunub.
“Yeni Sabah” xəbər verir ki, mərhum Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb.
Ş.Tağıyev hərbi ehtiramla son mənzilə yola salınıb. Hərbi Memorial Məzarlıqda fəxri qarovul dəstəsi düzülüb, hərbçilər yaylım atəşi açıb, hərbi orkestr Dövlət Himnini səsləndirib. pizza
Milli Qəhrəmanın cənazəsini hərbçilər çiyinlərində daşıyıblar.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin və digər dövlət qurumlarının nümayəndələri, Ş.Tağıyevin döyüş yoldaşları, Qarabağ müharibəsinin veteranları iştirak ediblər.
Xatırladaq ki, Ş.Tağıyev 1949-cu il fevralın 3-də Tərtər rayonunda anadan olub. O, ötən il dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.
Milli Qəhrəmanın cənazəsi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə ötən gün vətənə gətirilib.
Nazim Hacıyev
Telegram kanalımız