Milli Qəhrəmanın atası vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Milli Qəhrəmanın atası vəfat etdi

Hadisə

05 Dekabr 2025 10:30 642


Azərbaycanın Milli Qəhrəmanı Fazil Mehdiyevin atası Umud Mehdiyev vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

U.Mehdiyev 82 yaşında dünyasını dəyişib. Son zamanlar onun səhhətində ciddi problemlər yaranıbmış, bir neçə dəfə əməliyyat olunub. Mərhum Bakı şəhərində dəfn ediləcək. Sezar pizza

Əslən Laçın rayonunun Ələkçi kəndindən olan U.Mehdiyev 6 övlad atası idi. 

Onun oğlu Fazil Mehdiyev 1991-ci il sentyabrın 23-dən 24-ə keçən gecə Ağdamda erməni quldurlarının qurduğu pusquya düşüb və şəhid olub. 

Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Mehdiyev Fazil Umud oğluna ölümündən sonra Milli Qəhrəman adı verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!