Milli Xalça Muzeyinə yeni direktor təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Milli Xalça Muzeyinə yeni direktor təyin olundu

Rəsmi

30 May 2024 12:16 1282


Əməkdar mədəniyyət işçisi, sənətşünas Əminə Məlikova Azərbaycan Milli Xalça Muzeyinin yeni direktoru təyin olunub.

Yenisabah.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.

Əminə Zakir qızı Məlikova 2000-ci ildə Jurnalistika ixtisası üzrə bakalavr, 2007-ci ildə iqtisadiyyat və menecment ixtisası üzrə magistratura pillələrini bitirib. 2016-cı ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Pepperoni pizza

1999-2009-cu illərdə Muzey Mərkəzinin Beynəlxalq əlaqələr və mədəni inkişaf şöbəsinin müdiri, 2009-2018-ci illərdə Azərbaycan Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, direktor müavini vəzifələrində işləyib. 2018-ci ildə "İçərişəhər" Muzey Mərkəzinin direktoru təyin edilib.

Ə.Məlikova 2023-cü ildən son təyinatadək Heydər Əliyev Mərkəzi Tədbirlərin və sərgilərin təşkili departamentinin direktoru vəzifəsində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!