Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxacaq.
Yenisabah.az-ın məlumatına görə, Elşad Quliyevin baş məşqçi olduğu komanda həlledici matçda Rumıniya seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də start götürəcək. Üçüncü yer uğrunda görüşdə isə Qazaxıstan Bolqarıstanı sınağa çəkəcək. pizza sifarişi
Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Qazaxıstana 3:2, Rumıniya isə Bolqarıstana 4:0 hesabı ilə qalib gəlib
Telegram kanalımız