Millimiz Belarusu məğlub etdi

saytların hazırlanması

Evə çatdırılma

Millimiz Belarusu məğlub etdi

İdman

13 İyun 2022 21:55 1077


Azərbaycan millisi bu gün Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb. 

Yenisabah.az xəbər verir ki, yığmamız 4-cü turda Belarusla doğma meydanda qarşılaşıb. "Dalğa Arena"da keçirilən görüş millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycanın qollarını 76-cı dəqiqədə Mahir Emreli və 90+3-cü dəqiqədə Ramil Şeydayev vurublar.

Komandalar arasında 1 həftə əvvəl oynanılan ilk matç 0:0 hesabı ilə yekunlaşıb.  pizza sifarişi

Qrupun digər qarşılaşmasında isə lider Qazaxıstan Slovakiyanı 2:1 hesabı ilə məğlub edib.

 

Millətlər Liqası, 4-cü tur

C Liqası

3-cü qrup

20:00. Azərbaycan - Belarus - 2:0

Qollar: Mahir Emreli, 76, Ramil Şeydayev, 90+3

Hakimlər: Anastasios Papapetru, Trifon Petropulos, İordanis Aptosoqlu, Georgios Tsovaras (Yunanıstan)

"Dalğa Arena".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!