Millimiz beynəlxalq turnirə qatılır

saytların hazırlanması

Evə çatdırılma

Millimiz beynəlxalq turnirə qatılır

İdman

20 Yanvar 2022 16:41 686


Azərbaycan U-17 yığması beynəlxalq turnirdə mübarizə aparacaq.

Yenisabah.az Belarus Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, millimiz də daxil olmaqla, fevralda bu ölkədə 10 komandanın iştirakı ilə gənclər arasında 18-ci beynəlxalq turnir təşkil olunacaq.

Fevralın 6-13-ü aralığında keçiriləcək yarışda yığmamızla yanaşı, İsrail, Qazaxıstan, Moldova, Gürcüstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, həmçinin Belarusun U-17 və U-16 komandaları çıxış edəcək. pizza

Yığmamızın oyunlarının təqvimi də artıq məlumdur. Komandamız turnirdə 5 oyun keçirəcək. İlk dörd matçın ardından fevralın 13-də müvafiq olaraq 9-cu, 7-ci, 5-ci, 3-cü yer uğrunda və final oyunu keçiriləcək.

6 fevral

11:00. Qırğızıstan – Azərbaycan

7 fevral

19:00. Azərbaycan – Belarus (U-17)

9 fevral

12:00. Qazaxıstan – Azərbaycan

10 fevral

19:00. Azərbaycan – Tacikistan

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!