Millimizə şad xəbər: Rəqibin 3 futbolçusu sıradan çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Millimizə şad xəbər: Rəqibin 3 futbolçusu sıradan çıxdı

İdman

17 May 2022 16:10 848


Azərbaycanın Millətlər Liqasındakı rəqibi Qazaxıstan yığmasının futbolçusu Oralxan Omirtayev zədələnib. 

Yenisabah.az xəbər verir ki, bu barədə oyunçunun klubu "Akjayık"ın mətbuat xidməti məlumat yayıb. Yerli çempionatın 11-ci turunda "Taraz"la görüşdə (0:2) sıradan çıxan 24 yaşlı hücumçunun zədəsinin ciddi olduğu bildirilib. Onun Millətlər Liqasının iyun ayında keçiriləcək oyunlarını buraxacağı gözlənilir. 

Qeyd edək ki, daha əvvəl Qazaxıstan millisinin futbolçularından Azat Nurqaliyev və Nurlan Dairov da zədələnmişdi.  pizza mizza

Xatırladaq ki, iyunda Qazaxıstan yığması Millətlər Liqasında dörd oyun keçirəcək. İlk matç isə iyunun 3-də Azərbaycana qarşı olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!