Millimizə yeni baş məşqçi təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Millimizə yeni baş məşqçi təyin olundu

İdman

29 Dekabr 2022 16:23 981


Taekvondo üzrə qadınlardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi olub. 

Federasiyadan Yenisabah.az-a verilən məlumata görə, yığma cənubi koreyalı Sun Mi Parka həvalə edilib.

2014-17-ci illərdə də millinin “sükanı arxasında” olan təcrübəli mütəxəssisin qarşısına gələn il Bakıda keçiriləcək dünya çempionatında uğurlu çıxış, Paris-2024 Yay Olimpiya Oyunlarına maksimum lisenziya qazanmaq və olimpiadada yaxşı nəticə qazanmaq hədəfi qoyulub. O, həmçinin gənc qız taekvondoçuların inkişafına öz dəstəyini verəcək. Sezar pizza

Azərbaycan olimpiadada yeganə medalı Parkın rəhbərliyi altında qazanıb. Taekvondoçular onun məşqçiliyi zamanı qitə çempionatı və Avropa Oyunlarında da mükafata yiyələnib.

Qeyd edək ki, Sun Mi Park bu postda Səbuhi Zülfüqarovu əvəzləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!