Millimizin 3 futbolçusu komandadan qovuldu

saytların hazırlanması

Evə çatdırılma

Millimizin 3 futbolçusu komandadan qovuldu

İdman

04 İyun 2022 14:03 1191


Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Yenisabah.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, üç futbolçu - Xəyal Fərzullayev ("Sumqayıt"), Qurban Səfərov ("Şamaxı") və Elcan Əbilov ("Neftçi") heyətdən kənarlaşdırılıb. Onlar nizam-intizam qaydalarını pozduqlarına görə baş məşqçi Miloş Velebitin qərarı ilə yığmadan qovulublar.

Əvəzində "Qəbələ" klubunun üzvü - qapıçı Məmməd Muradov heyətə cəlb olunub. Sezar pizza

Qeyd edək ki, U-19 iyunun 7-də və 10-da Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!