Millimizin baş məşqçisi köməkçilərini dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Millimizin baş məşqçisi köməkçilərini dəyişdi

İdman

04 İyun 2022 11:36 904


Futbol üzrə Azərbaycan milli komandasının məşqçilər heyətində dəyişiklik baş verib.

Yenisabah.az-ın məlumatına görə, köməkçi-məşqçilərdən Klaudio Beluççinin ardından Benito Karbone də istefaya göndərilib. Bununla bağlı Karbone şəxsi instaqram hesabında paylaşım edib. O, yığmada əlamətdar iki ilinin artıq başa çatdığını söyləyərək, AFFA prezidenti Rövnəq Abdullayevə, məşqçilər heyətinə, oyunçulara və azarkeşlərə təşəkkürünü bildirib: "Mən burada çox xoşbəxt idim. Sizin sayənizdə mən özümü evimdəki kimi hiss etdim, məmnuniyyət və şərəflə işimi yerinə yetirdim. Sizinlə vidalaşır və karyeramın növbəti mərhələsini səbirsizliklə gözləyirəm".

Əvəzində yığmaya Fabio Qallo köməkçi-məşqçi təyin olunub. Martda Malta və Latviya ilə yoldaşlıq görüşlərində də məşqçilər skamyasında yer almış Qallonun rəsmi debütü ötən gün Nur-Sultanda Qazaxıstan yığmasına qarşı UEFA Millətlər Liqasının ilk tur matçına təsadüf edib. "Astana Arena"da keçirilmiş görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. pizza sifarişi

Onun son iş yeri 2021-ci ilin fevralından oktyabrınadək baş məşqçi kimi çalışdığı İtaliyanın "Potentsa" komandası olub.

Qeyd edək ki, hazırda baş məşqçi Canni De Byazinin köməkçiləri Fabio Qallo və Arif Əsədovdur. Bundan əlavə, Kamran Ağayev qapıçılarla iş üzrə məşqçi, Alessandro Skaya isə fitnes məşqçisi kimi çalışır.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!