Millimizin baş məşqçisi: “Qrupdan çıxmaq şansımız var“

saytların hazırlanması

Evə çatdırılma

Millimizin baş məşqçisi: “Qrupdan çıxmaq şansımız var“

İdman

27 Yanvar 2022 09:56 690


“Uşaqlarla hər gün danışırdıq ki, istənilən komandaya qarşı oynamaq olar ki, bu gün də bunu sübut etdik. Bu qarşılaşmadakı motivasiya, konsentrasiya və intizamla Azərbaycan yığması istənilən rəqiblə oynaya bilər".

Yenisabah.az xəbər verir ki, bu sözləri  futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda İspaniya ilə 2:2 hesablı heç-heçə etdikləri oyunundan sonra mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis qrupdan çıxmaq ümidlərini itirmədiklərini bildirib: "İspaniya ilə görüşdə futzalçılar bacarıqlarını ən yaxşı şəkildə ortaya qoydular. Düzdür, onlar matçın favoriti hesab edilirdilər, amma nəticəni sensasiya hesab etmirəm. Hətta qələbə qazanmaq üçün imkanımız oldu. Bugünkü görüşdə az səhvə yol verdik. Oyun intizamından qopmadıq və öz oyunumuzu nümayiş etdirdik. pizza

Az da olsa, qrupdan çıxmaq şansımız qalıb. Bosniya və Herseqovaniya qarşı yaxşı hazırlaşıb lazımi nəticəni qazanmağa çalışacağıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!