Millimizin heyəti açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Millimizin heyəti açıqlandı

İdman

15 İyul 2019 12:15 1174


Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Rusiyanın paytaxtı Moskvada keçiriləcək dünya çempionatının seçmə oyunları üçün heyəti açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, iyulun 17-dən başlanacaq matçlara 12 oyunçu çağrılıb. Bunlar Elçin Qasımov, Comərd Baxşəliyev, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Elşad Manafov, Renat Sultanov, Elgiz Kərəmli, Sabir Allahquliyev və Rafiq Kərimovdur.

Milli iyulun 19-da, 21-də və 22-də müvafiq olaraq Ukrayna, İspaniya və Latviya yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, iyulun 28-dək davam edəcək seçmə mərhələnin 5 ən yaxşı komandası 21 noyabr - 1 dekabrda Paraqvayda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!